Zaxarova Paşinyanın KTMT ilə bağlı açıqlamalarına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı açıqlamalarına münasibət bildirib.


APA xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın açıqlamalarını ucuz adlandırıb.


"Bir müddət əvvəl həmin erməni siyasətçiləri KTMT-nin Ermənistanı tərk etdiyini bildirmişdilər. Aydınlaşdırmaq istərdim ki, KTMT artıq Ermənistana qayıdıb ki, oradan çıxa bilirsiz? İstədiyiniz qədər şifahi ekvilibristika ilə məşğul ola bilərsiniz, lakin bu, layiqsiz və ucuzdur, strateji maraqlar var və onlar haqqında düşünmək lazımdır. Cənubi Qafqaz çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilməlidir, bunun üçün hər şey var, amma bunun üçün işləmək lazımdır", deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Zaxarova Rusiyanın Ermənistanla həmişə dost olacağını söyləyib.


"Heç kim bizim münasibətlərimizi korlaya bilməyəcək, heç bir persona buna təsir etməyəcək. Hər kəs KTMT-yə könüllü gəlir. Niyə Ermənistanda bu mövzu ilə bağlı bu qədər spekulyasiyalar var? Cənubi Qafqaz inkişaf mərkəzinə çevrilməlidir. Biz öz xalqımızın, gələcək nəsillərin gələcəyi naminə problemləri aradan qaldırmalıyıq. Niyə xalqınızı sonsuza qədər aldadırsınız? Bütün bunlar ona görədir ki, onlar insanlara nə üçün müəyyən strateji səhvlərə yol verildiyini həqiqəti deyə bilmirlər, lakin bunda şübhəsiz ki, KTMT günahkar deyil! Bir çoxları İrəvanla Moskva arasında münasibətləri korlamaq istəyir və onlara xələl gətirmək üçün çox işlər görüblər. Buna baxmayaraq, Rusiya bu cəhdlərin boşa çıxması üçün hər şeyi edib. Rusiya Federasiyasına ünvanlanan son dərəcə təhqiramiz bəyanatlar və destruktiv tədbirlər Ermənistan xalqının üzərinə qayıdır, regional təhlükəsizlik və sabitliyə xələl gətirir", - deyə Zaxarova brifinqdə bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.