NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur - TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Aİ-nin ayrı-ayrı ölkələrinin “Avropada öz təhlükəsizlik çətirini” yaratmaq təşəbbüslərini “uğursuzluğa məhkum cəhdlər” adlandırıb.


AZƏRTAC xəbər verir ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən ikigünlük görüşünün yekunlarını jurnalistlərə şərh edən Türkiyənin müdafiə idarəsinin başçısı bildirib ki, NATO bloku Avro-Atlantik regionunda kollektiv müdafiə və təhlükəsizliyin təmin edilməsi üçün yeganə səmərəli platformadır.


“Bu platformaya hər hansı alternativ axtarılması Şimali Atlantika alyansında birlik və həmrəyliyə zərbədir”, - deyə türkiyəli nazir qeyd edib.


Gülerin sözlərinə görə, NATO-nun əvəzedicisinin axtarışı açıq şəkildə uğursuzluğa düçar olub. “Avropa dövlətlərinin səyləri yalnız NATO-nun mövcud funksiyalarına əlavə olaraq uğurlu olacaq. Ankara bu cür təşəbbüslərdə iştirakını nəzərdən keçirə bilər”, -deyə nazir istisna etməyib.


Milli müdafiə naziri xatırladıb ki, Türkiyə NATO-nun ikinci ən güclü ordusuna malikdir. “Ankara Alyansın etibar edilə bilən güclü tərəfdaşıdır. Ölkəmiz NATO müttəfiqləri ilə həmrəylik ruhunda hərəkət edir. Biz hərbi-siyasi blok çərçivəsində bütün öhdəlikləri yerinə yetiririk və bu, gələcəkdə də belə olacaq”, - deyə türkiyəli nazir bildirib.


Onun sözlərinə görə, bu gün Türkiyə Montrö Konvensiyasının bütün tələblərini ciddi şəkildə yerinə yetirir və Qara dənizdə mina təhlükəsi ilə mübarizə məsələsində Bolqarıstan və Rumıniya ilə sıx əməkdaşlıq edir.


Türkiyənin cənub sərhədləri yaxınlığındakı vəziyyətə toxunan nazir qeyd edib ki, Ankara İraqın şimalında və Suriyada terrorçulara qarşı qətiyyətli mübarizə aparır. “YPG terrorçularının (PKK-nın Suriya qanadı) başqa bir qanlı təşkilata – İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə cinayət planlarını həyata keçirmək cəhdləri qəbuledilməzdir. Türkiyə sərhədlərinin yaxınlığında terrorçuların nəzarətində olan zonanın yaradılmasına imkan verməyəcəyik”, - deyə nazir vurğulayıb.


O, eyni zamanda, ABŞ-ın Suriya ilə bağlı mövqeyini tənqid edərək bildirib ki, NATO müttəfiqləri təhlükəsizlik sahəsində ortaq dəyərləri və baxışları bölüşməlidirlər. “Təəssüf ki, NATO konsepsiyasının əksinə olaraq, ABŞ Suriyada YPG terrorçularına dəstəyini davam etdirir. Bu cür hərəkətlər Türkiyənin milli maraqlarına təhlükə yaradır və Suriyanın özünün bütövlüyünə meydan oxuyur. Biz Amerika tərəfinin terrorçularla əlaqəni dayandırmasını gözləyirik”, -deyə Güler bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.