23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədilər
HAKİM “YOX” DEDİ

23 il əvvəl ağır cinayətlərdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Emin və İlham Baqqayev qardaşları azadlığa çıxmaq istəyirlər.

 

“Qafqazinfo”nun məlumatına görə, Baqqayev qardaşları ərizələrində çəkdikləri cəzanın yetərli hesab edilməsini, ömürlük həbsin müddətli cəza ilə əvəz edilərək azadlığa buraxılmalarını xahiş ediblər.

 

Qaradağ Rayon Məhkəməsi onların xahişini qəbul etməyib. Hakim qardaşların həbslərinin davamına qərar verib.

 

Qeyd edək ki, Baqqayev qardaşlarının iştirak etdiyi hadisə 2001-ci ildə Zaqatala rayonunda baş verib. Onlar digərləri ilə əlbir olaraq polisə və hərbi hissəyə hücum edib, Şeyx Şamillin büstünü partladıblar.

 

3 nəfərin ölümünə, 7 nəfərin ağır yaralanmasına, dövlət və şəxsi mülkiyyətin məhv edilməsinə görə cinayətkar dəstənin rəhbərlərindən olan Emin və İlham Baqqayev qardaşları və Emin Mollayev ömürlük, digərləri 15 ilə kimi azadlıqdan məhrum ediliblər.

 

Bundan başqa, hadisədə iştirak etdikləri üçün 16 nəfər axtarışa verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.