Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfəri çərçivəsində Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazırliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.
Həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatı barədə məlumat verib.
Qeyd edək ki, bu, iki nazirin son bir ildə ikinci görüşüdür - əvvəlki görüş fevralda İrəvanda olub.
Əvvəllər tərəflər Fransanın hava hücumundan müdafiə radarları, yer-hava tipli raketlər və zirehli texnikalar tədarük etdiyi və ya hələ də tədarük etmədiyi sazişlər paketi imzalamışdılar. Erməni hərbçiləri üçün təlim proqramlarına da start verilib.
Senzor.az