Budapeşt Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin olunmasını dəstəkləməyəcək.
Bu barədə “Politico” qəzeti Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bokuya istinadən məlumat yayıb.
Nazir qeyd edib ki, Macarıstan hakimiyyəti Avropa İttifaqında yüksək vəzifələrə namizədlər siyahısında digər adların əleyhinə deyil. Boka əlavə edib ki, Macarıstanın baş naziri Viktor Orban ölkənin Avropa Parlamentində hansı fraksiyaya qoşulacağına hələ qərar verməyib.
Onun fikrincə, Aİ-də mövcud sağçı partiyaların “restrukturizasiyaya” ehtiyacı var ki, bunu Macarıstanın hakim partiyası “FİDES”in iştirakı olmadan təsəvvür etmək çətindir.