ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki Amerika lideri Cozef Baydenin administrasiyasını immiqrasiya siyasətinə görə “faşist rejimi” adlandırıb.
Senzor.az bildirir ki, Tramp bu barədə Viskonsin ştatında Baydenin miqrasiya siyasətini şərh edərkən danışıb.
“Baydenin qeyri-qanuni miqrantlar üçün amnistiyası Amerika demokratiyasına birbaşa hücum və Baydenin konstitusiya sistemimizi necə məhv etdiyini və onu korrupsioner və faşist rejimlə əvəz etdiyini göstərən başqa bir nümunədir. Bunlar faşistlərdir. Bunlar pis insanlardır”.
Bundan əvvəl CBS telekanalı mənbələrə istinadən məlumat vermişdi ki, Amerika administrasiyası ABŞ-da zəruri sənədlər olmadan yaşayan yüz minlərlə miqrantlara hüquqi status vermək niyyətindədir.
Qeyd edilib ki, tədbir ən azı 10 il ABŞ-da yaşayan və Amerika vətəndaşları ilə evli olan qeyri-qanuni miqrantlara şamil olunacaq. Onlara iş icazəsi və deportasiyadan qorunmağa zəmanət veriləcək.