Putin Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğunu dedi

“Rusiya Ukrayna ilə bağlı danışıqlar təklifinə, onların harada baş tutacağından asılı olmayaraq, günü sabah belə cavab verməyə hazırdır, Moskvanın təklifləri masadadır”. 

 

Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hanoyda keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Rusiya İstanbul və Minsk danışıqları zamanı əldə olunmuş razılaşmalar əsasında Ukrayna tərəfi ilə dialoqu davam etdirməyə hazırdır.

 

Eyni zamanda, o, Rusiya Federasiyasının Ukraynadakı münaqişənin həlli ilə bağlı təkliflərinin əbədi olmadığını, “təmas xəttindəki vəziyyətdən asılı olaraq dəyişəcəyini” deyib.

 

Həmçinin qeyd edib ki, əgər Ukrayna danışıqlar üçün Rusiya qoşunlarının çıxarılmasında israr etsə, “bu, heç vaxt baş verməyəcək”.

 

"Düşünürəm ki, bəzi sağlam düşüncəli siyasətçilər hələ də mənim irəli sürdüyüm təkliflərin real, obyektiv və danışıq aparan bütün tərəflərin və bütün Avropanın maraqlarına uyğun olub - olmaması barədə fikirləşəcəklər”, - Putin vurğulayıb.

 

O, eyni zamanda əlavə edib ki, “düşmənin Rusiya ərazisinə zərbələri “təcavüzə yaxındır”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.