Rusiya Prezidenti Vladimir Putin ölkənin Azərbaycandakı səfir Mixail Yevdokimovu "Aleksandr Nevski" ordeni ilə təltif edib.
Senzor.az bildirir ki, dövlət başçısı bu barədə müvafiq fərman imzalayıb.
Sənəddə qeyd olunur ki, M.Yevdokimov Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsinə verdiyi böyük töhfə və uzun illər vicdanlı diplomatik xidmətinə görə təltif edilib.
M.Yevdokimov 2023-cü il iyunun 14-də Azərbaycana səfir təyin edilib. Bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci şöbəsinə rəhbərlik edib. II dərəcəli “Vətənə xidmətə görə” medalı, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib. O, 2018-ci ilin iyunundan fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.