Şoyqu və Gerasimovun həbsinə order verildi - RƏSMİ
RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASINDAN REAKSİYA

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Məhkəməyə hazırlıq Palatası Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu (hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edir) və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.


Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsi məlumat yayıb.


“II Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Məhkəmə Kollegiyası Ukraynadakı vəziyyət kontekstində azı 2022-ci il oktyabrın 10-dan azı 2023-cü il mayın 9-na qədər törədilmiş beynəlxalq cinayətlərə görə iki şəxs - Sergey Şoyqu və Valeri Gerasimov haqqında həbs qərarı çıxarıb”, - məlumatda qeyd edilib.


İnstansiya məhkəməsinin fikrincə, Şoyqu və Gerasimov Ukrayna ərazisindəki hədəflərə zərbə endirilməsində “məsuliyyət daşıyırlar”.


Bu arada Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məsələ ilə bağlı bəyanat yayıb. 

 

Senzor.az bildirir ki, bəyanatda deyilir: “Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Palatasının Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu barəsində həbs qərarı çıxarması “əhəmiyyətsizdir” və “Qərbin hibrid müharibəsinin” elementidir”. 

 

“Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Palatasının Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı çıxardığı qərar boş, havanı silkələmək cəhdi kimi bir şeydir. Çünki BCM-nin yurisdiksiyası Rusiyaya şamil edilmir və buna görə də həmin qərar Qərbin ölkəmizə qarşı hibrid müharibəsinin bir hissəsi kimi qəbul edilib”, - Təhlükəsizlik Şurasından vurğulanıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.