Ceyms O’Brayn: Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiyadan məhsul axını üçün alternativ yol açacaq

Mərkəzi Asiyadan məhsullar hazırda yalnız Rusiya və Çin vasitəsilə nəql edilə bilər və bu regiondan malların alternativ yollardan, o cümlədən Azərbaycandan keçməklə tədarükü üçün Bakı ilə İrəvan arasında sülh vacibdir.


Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bu gün Bakıya səfəri zamanı nələri müzakirə edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.


O qeyd edib ki, iki ölkə arasında sülh təkcə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə özünü qlobal lider kimi göstərən Azərbaycan üçün deyil, həm də bütün region, o cümlədən Mərkəzi Asiya üçün vacibdir.


Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri məhsullarını dünya bazarlarına çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməlidir:


“Belə marşrutlardan biri Gürcüstan vasitəsilə Qara dənizə qədər uzanır. Digəri - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilər. Bütün bunlara görə bizə Azərbaycan və Ermənistan arasında 1990-cı illərdən bəri davam edən müharibəyə və dəhşətli münaqişəyə son qoyacaq sülh sazişi lazımdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.