İran mühafizəkarları prezident seçkilərinin II turunda Cəlilini dəstəkləyəcəklər

İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası və daha əvvəl namizədliklərini geri götürmüş vitse-prezident Əmirhüseyn Qazizadə Haşimi ilə Tehran meri Əlirza Zəkani seçkilərin ikinci turunda onların həmfikirləri - İranın dini liderinin respublikanın Milli Təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili üçün səsverməyə çağırıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Cəlilinin namizədliyini birinci turda “İslam İnqilabının İzləyiciləri Şəbəkəsi” mühafizəkar hərəkatı da dəstəkləyib.

 

İranda prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan və yarışdan kənarda qalan İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf birinci turun rəsmi nəticələrinin açıqlanmasından bir saat sonra tərəfdarlarını ikinci turda Cəliliyə səs verməyə çağırıb.

 

İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası mühafizəkar namizədi açıq şəkildə dəstəklədiklərinə görə Qalibaf, Qazizadə Haşimi və Zəkaniyə təşəkkür edib.

 

Qeyd edək ki, İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən iyulun 5-nə ikinci tur təyin olunub. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.