ABŞ-ın NATO müttəfiqləri Prezident Cozef Baydenin ölkədə keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəyindən ehtiyat edirlər.
Bu barədə “Politico” Alyansa bağlı məmurlara istinadla yazıb.
Nəşrin məlumatına görə, diplomatlar və dünya liderləri NATO sammiti ərəfəsində Baydenin yaşı, səhhəti və seçkilərdə qalib gələ bilməsi ilə bağlı ciddi narahatlıqlarını özəl olaraq bildirirlər.
Bayden və Tramp arasında ilk teledebat iyunun 27-də baş tutub. Çoxları Baydenin performansını uğursuz hesab edib. Xüsusilə, Amerikanın ən böyük nəşri olan “New York Times” Baydeni seçki yarışından geri çəkilməyə çağırıb.
Bundan əvvəl Baydenin keçmiş müşaviri, Pensilvaniya Universitetinin prorektoru Ezekiel Emanuel demişdi ki, ABŞ Prezidentinin problemi yaş deyil, dövlət başçısı kimi fəaliyyət göstərmək bacarığıdır.