Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Senzor.az bildirir ki, bu barədə qərar partiya Ali Məclisinin bu gün keçirilən iclasında qəbul edilib.
VI çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiyada seçkilərlə bağlı bütün səlahiyyətlər İdarə Heyətinə verilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası indiyədək 10 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb. Bunlar Müsavat Partiyası, Ümid Partiyası, Böyük Qurtuluş Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Yeni Azərbaycan Partiyası, Respublikaçı Alternativ (REAL) Partiyası, Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarıdır.