Azyaşlıların dini mərasimlərə aparılması DÜZGÜN DEYİL

Dini mərasimlər azyaşlı uşaqların psixologiyasına mənfi təsir göstərə bilər.

 

Bunu “Report”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Anar İsgəndərli deyib.

 

O bildirib ki, Azərbaycanda din və dövlət münasibətləri hüquq əsasında tənzimləndiyi üçün vətəndaşlar bu məsələdə müvafiq qanunların tələblərinə uyğun davranmalıdırlar: “Azərbaycan dünyəvi dövlət olsa da, ölkədə dini dəyərlərə böyük ehtiram var. Bəzən keçirilən dini mərasimlərə məktəb yaşlı uşaqlar da gedir və yaxud aparılır. Bu, qanunla qadağandır. 

Hər bir valideyn bilməlidir ki, azyaşlıların belə mərasimlərə aparılması düzgün deyil. O mərasimlər uşaqların psixologiyasına mənfi təsir göstərə bilər”.

 

A.İsgəndərlinin sözlərinə görə, əlaqədar orqanlar bu sahədə lazımı tədbirlər görür. O, valideynləri övladlarını kiçik yaşlarından vətənpərbərlik aşılayan mərasimlərə daha çox aparmağa çağırıb: “Əgər valideyn övladını vətənpərvər ruhda tərbiyə etmək istəyirsə, onların oxuduğu və öyrəndiyi kitablarda bunun üçün kifayət qədər matreal var”, - deputat deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.