8 il ərzində Türkiyə Silahlı Qüvvələrindən 23 mindən artıq hərbçi xaric edilib
FETÖ İLƏ ƏLAQƏLƏRİNƏ GÖRƏ

Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra ölkənin təhlükəsizlik strukturlarına sızan FETÖ terror təşkilatının üzvlərinə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib. 

 

Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, ötən səkkiz il ərzində Türkiyə Silahlı Qüvvələri sıralarından terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 23 859 hərbçi xaric edilib, 2 292 nəfərin rütbəsi alınıb. Vəzifədən kənarlaşdırılan və ya vəzifəsinin icrası müvəqqəti dayandırılan şəxsi heyətin sayı isə 245 nəfərdir.

 

Ötən ilin iyulun 1-dən bu il iyulun 12-dək 486 terror təşkilatı üzvü Türkiyənin sərhəd mühafizə qüvvələri tərəfindən saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Onlardan 334-nün FETÖ, 125-nin PKK, 21-nin İŞİD və 6-nın MLKP-DHKP/C terror təşkilatına üzv olduğu müəyyən olunub.

 

Ötən dövr ərzində hadisə ilə bağlı ölkə üzrə məhkəmələrə 293 müraciət daxil olub. Hücum zamanı həyatını itirənlər və yaralananlar adına açılan 289 məhkəmə işində ümumilikdə 8 725 nəfər barəsində qərar verilib. Onlardan 4 891 nəfər həbs cəzasına məhkum edilib. Dövlət çevrilişinə cəhdə görə mühakimə olunan və ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən 1 634 müttəhimdən 85-i general və admiral, 1 116-sı zabit, 9-u polisdir. Eyni ittihamla ömürlük azadlıqdan məhrum edilən 1 366 müttəhimdən 24-ü general və admiraldır. Türkiyənin 58 vilayətində görülən bu məhkəmə proseslərində 2 870 nəfər barəsində bəraət hökmü çıxarılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.