Azərbaycanın Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnəyə çıxıb.
Türkiyə mediası xəbər verir ki, sənətçi Prezident iqamətgahında keçirilən tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısını oxuduqdan sonra millinin futbolçusu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan “bozqurd” işarəsini göstərib.
Tədbirdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərini alqışlayıblar.
Həmin görüntüləri təqdim edirik: