Böyük Quruluş Partiyasının sədri, VI çağırış Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Azad Vətən Partiyasının sədri Akif Nağı sentyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olacaqları seçki dairələrini açıqlayıblar.
Modern.az xəbər verir ki, deputat Fazil Mustafa 26 saylı Birinci Sabunçu seçki dairəsindən namizədliyini irəli sürəcəyini bəyan edib.
"26 saylı I Sabunçu seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd kimi topladığımız imza vərəqlərini digər zəruri sənədlərlə birgə dairə seçki komissiyasına təhvil verdim. Məmləkətimizə, dövlətimizə, partiyamıza və vətəndaşlarımıza xidmətin yeni mərhələsinə qədəm qoyuruq. Bakıxanov qəsəbəsi seçicilərinə imza toplama mərhələsində göstərdikləri həssaslıq və dəstəyə görə minnətdaram", - o qeyd edib.
Akif Nağı isə namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb.
Sonuncu prezident seçkilərində namizəd olan Elşad Musayev 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib.