“Polad Bülbüloğlu ilə bağlı yayılan video saxtadır”
SƏFİRLİK

"Facebook" sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından özünü pis hiss etməsi, həkimlərə şikayəti və məcburi müalicə kursu ilə bağlı videomüraciət yayılıb.

 

Senzor.az Azərbaycanın Rusiyadakı Səfirliyinə istinadən bildirir ki, sözügedən məlumatlar saxtadır.

 

"Nəzərinizə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun deyil və yalan məlumatları əks etdirir.

 

Heç vaxt belə müsahibə olmayıb və bu videoda göstərilən hər şey əvvəldən axıra kimi bir vaxtlar "CBC Azərbaycan" telekanalına verilən müsahibə əsasında uydurulub.

 

Saxta videodan aydın görünür ki, P.Bülbüloğlunun ekrandakı çıxışı görüntü ilə üst-üstə düşmür.

 

Bu saxtakarlığı görən hər kəsi orada yayılan təxribatlara inanmamağa çağırırıq.

 

Göstərilən saxta və yalan videomesajla bağlı tərəfimizdən müvafiq tədbirlər görüləcək.

 

Xüsusilə təəssüf hissi ilə qeyd edirik ki, Facebook sosial şəbəkəsi dəfələrlə edilən müraciətlərə baxmayaraq, şikayətlərə heç bir şəkildə cavab vermir və bu məzmunun bloklanması və ya silinməsi üçün heç bir tədbir görmür", - səfirlikdən bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.