İsrailin Livana təcavüzü beynəlxalq ictimaiyyət və region ölkələrinin cavabı ilə üzləşəcək və ABŞ da bu addımın məsuliyyətini bölüşəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Şübhəsiz ki, BMT-nin müstəqil üzvü olan Livana qarşı hər hansı təcavüz beynəlxalq ictimaiyyət, region ölkələri və müqavimət qrupları tərəfindən qəti etirazla qarşılanacaq”, - deyə diplomat bildirib.