Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz

ABŞ Prezidenti Cozef Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ-ın keçmiş lideri Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

“İndi ölkəmizi kim idarə edir? Co (Bayden-red.) harada olduğunu bilmir, ona görə də o, ölkəni idarə edə bilməz”, - Tramp qeyd edib.

 

Qeyd edək ki, iyulun 21-də Prezident Co Bayden prezident seçkilərindən çəkildiyini açıqlayıb və bunun partiya və ölkə üçün daha yaxşı olacağına əminliyini ifadə edib. O həmçinin prezidentlik müddətinin sonuna qədər səlahiyyətlərini icra edəcəyini, bundan sonra Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyəcəyini bildirib.


Onu da xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. Qarşı tərəfdən namizədlə bağlı yekun qərar isə Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.