İsrail ABŞ ilə birlikdə Yaxın Şərqdə “İranın terror oxu ilə toqquşmada” qalib gələcək.
Senzor.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasının birgə iclasında çıxışı zamanı deyib.
“Sizi əmin edə bilərəm ki, biz qalib gələcəyik. ABŞ və İsrail bir yerdə olanda biz qalib gəlirik, onlar isə uduzur. ABŞ və İsrail bir yerdə olmalıdır”, - hökümət başçısı vurğulayıb.
Xatırladaq ki, bu, Netanyahunun siyasi karyerasında Amerika konqresmenləri qarşısında dördüncü çıxışıdır. Netanyahu sonuncu dəfə Konqresin hər iki palatasının birgə iclasında 2015-ci ilin martında çıxış edib.
Onu da qeyd edək ki, Netanyahunun çıxışına etiraz olaraq bir qrup fələstinli etiraz aksiyası keçirməyə cəhd göstərib. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma olub.