İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Benyamin Netanyahunu cinayətkar və zalım adlandırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o bu barədə özünün X səhifəsində paylaşım edib.
"Günahsız, köməksiz insanların və uşaqların öldürülməsi cinayətinə göz yummaq olmaz, cinayətkarı ayaq üstə alqışlamaqla sonu təmizə çıxarmaq mümkün deyil. Günahsız qan heç vaxt zalımın yaxasını buraxmayacaq”, - Pezeşkian yazıb.