“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltdi – MALİYYƏ NAZİRLİYİ TƏQDİR EDİR
FOTO

“Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.

 

Senzor.az qiymətləndirmə agentliyinə istinadən bildirir ki, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu və inkişaf edən monetar siyasəti əks etdirir.

 

İllik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın 4 faizlik hədəf diapazonundan aşağı qalıb və bu il 3,5 % səviyyəsində olacağı, 2026-cı ilə qədər isə 4,7 %-ə yüksələcəyi gözlənilir.

 

Ölkə iqtisadiyyatının 3,2 %-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7 %-ə, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.

 

“Eyni zamanda, neft sektorunun geriləməsi əvvəlki illərə nisbətən azalacaq, bu da azalma tempini yavaşlada biləcək yeni neft hasilatı və daha yüksək təbii qaz hasilatı ilə əlaqədardır”, – agentlik vurğulayıb.

 

Yeri gəmişkən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edib. 

Maliyyə Nazirliyindən bildirilib ki, 8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşaxəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür.

 

Maliyyə Nazirliyi əvvəlki qiymətləndirmələrdə beynəlxalq reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsində xəsislik nümayiş etdirməkdə qınamışdı. Sevindirici haldır ki, artıq “Fitch Ratings” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul edib.

 

Ümidvarıq ki, digər beynəlxalq kredit reytinq agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.