Venesuelanın hazırkı prezidenti Nikolas Maduro ölkədə keçirilən prezident seçkilərində qalib gəlir.
Senzor.az bildirir ki, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Elvis Amoroso məlumat verib.
Onun sözlərinə görə, səslərin 80 faizi hesablandıqdan sonra Venesuelanın hazırkı prezidentini seçicilərin 51,2 faizi dəstəkləyib. Birləşmiş müxalifətin namizədi Edmundo Qonzales isə 44% səs toplayıb.