ABŞ-ın keçmiş Prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır.
Bu barədə o, ABC televiziyasına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gəlsə və o, dəvət edilərsə, inauqurasiyada iştirak etməyi planlaşdırır.
“Ailələr mürəkkəbdir. Hər ailənin dəli əmisi olur. Mənim əmim Donald dəlidir”, - Fred Tramp deyib.