HƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş sui-qəsd qorxaqca atılmış bir addım və təhlükəli bir irəliləyişdir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.
O, Fələstin xalqını İsrail işğalına qarşı dirəniş göstərməyə və bir olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində İsmayıl Haniyə və onun 1 mühafizəçisi öldürülüb.
Haniyənin yerli vaxtla təxminən saat 02.00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb. Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib.
Hadisə zamanı Haniyənin mühafizəçilərindən biri də həlak olub.