Zelenski: Dünya Rusiyanı II Sülh Sammitində görmək istəyirsə, buna qarşı çıxa bilmərik

Əksər dünya ölkələri Rusiyanın İkinci Sülh Sammitində iştirakını istəyirsə, “Ukrayna bu təşəbbüsə qarşı çıxa bilməz”.

 

Ukrayna Prezidenti Volodimir Zelenski bunu Fransa KİV-ə müsahibəsində deyib.

 

“Bu gün dünyanın əksəriyyəti deyir ki, İkinci Sammitdə Rusiya nümayəndələri olmalıdır, əks halda güclü nəticələr əldə edə bilmərik. Çünki Rusiya Ukraynaya qarşı döyüşür və bu müharibənin tərəfləri bunlardır və ona görə də bütün dünyanın İkinci Sammitdə Rusiya nümayəndələrinin olmasına ehtiyacı var”, – Ukrayna lideri söyləyib.

 

Zelenski xatırladıb ki, Ukrayna sülh formulu əsasında plan formalaşdırmağa hazırlaşır. Prezidentin sözlərinə görə, o, diplomatların qarşısına sənədi noyabrda hazırlamağı tapşırıb. O, tərəfdaşlarına da müvafiq xahişlə müraciət edib.

 

Dövlət başçısı vurğulayıb ki, sülh planı Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və s. məsələləri əhatə edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.