Ukraynalı kriminal avtoritet Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunur

Tanınmış ukraynalı milyonçu, kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub.

 

"Report"un əldə etdiyi xəbərə, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.

 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.

 

Hazırda iş üzrə istintaq aparılır, Oleq Bakinski barəsində həbs qətimkan tədbiri seçilib.

 

Oleq Bakinskinin əməli sübuta yetirilərsə maddənin sanksiyasına görə o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Oleq Krapivin bir neçə gün qabaq Bakıda saxlanılıb. Onun saxlanması ilə bağlı xəbəri DİN-in mətbuat xidməti təsdiq edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.