"İran HƏMAS-ın Tehrandakı siyasi ofisinin rəhbərinin öldürülməsinə cavab olaraq sionist rejimə külli miqdarda ziyan vuracaq".
Bu barədə "Reuters" məlumat yayıb.
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton son hadisələrə baxışını belə ifadə edib: "Deməliyəm ki, fikrimcə, İran çox təsirli və mühüm bir iş görəcək. Bunun sübutu olaraq İran liderinin İsmayıl Haniyənin cənazəsinə namaz qılmasını və çıxışı zamanı "ağır cavab" verəcəklərini deməsini göstərmək olar. Buna görə də inanıram ki, bu, çox mühüm hadisədir və budəfəki reaksiya ötən apreldə baş verənlərdən fərqli olacaq. İranın İsrailə qarşı güclü cavab təhdidləri Təl-Əvivi öz müdafiəsini gücləndirməyə məcbur edəcək, ancaq İranın nə edəcəyini və İsrailin necə cavab verəcəyini görmək qalır".