Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi ölkə hökumətinin reytinqi 2021-ci ildə hakimiyyətə gəldikdən bəri ən aşağı səviyyəyə düşüb.
Bunu INSA sosioloji institutunun "Bild" üçün keçirdiyi sorğunun nəticəsi də sübut edir.
Bu nəticələrə görə, hakimiyyəti sorğuda iştirak edən almanların 31%-i dəstəkləyir.
Qeyd edək ki, Almaniya Sosial Demokrat Partiyasını təmsil edən Olaf Şolts partiyasının 2025-ci ildə keçiriləcək parlament seçkisində yenidən qalib gələcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, SDP bütün proqnozların əksinə olaraq Bundestaqa əvvəlki seçkilərdə qalib gəlib və növbəti federal seçkilərdə qalib gələ bilər.