İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant ordu komandanlığını və təhlükəsizlik xidmətinin rəhbərliyini İrandan mümkün hücum ərəfəsində toplayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı məlumatı İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Hərbçilər İran və müttəfiqlərinin İsrailə zərbə endirmək cəhdləri halında atıla biləcək addımların hərəkət ssenarilərini müzakirə edirlər.
Qeyd edək ki, “Hizbullah” silahlıları ötən gecə Livan ərazisindən İsrail ərazisini Reaktiv Yaylım Atəş Sistemindən atəşə tutub.
Buna cavab olaraq ölkənin hərbi hava qüvvələri atəşin açıldığı qurğulara hücum edib.