Böyük Britaniyanın Baş naziri ölkədəki iğtişaşlara görə təcili iclas keçirdi - VİDEO

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə günlərdir davam edən şiddətli etirazlardan sonra təcili iclas keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasla bağlı təfərrüatlar açıqlanmayıb. 

 

Lakin Baş nazir bir neçə gün əvvəl verdiyi açıqlamada aksiya iştirakçılarının əməllərinə görə peşman olacaqlarını demişdi.

 

Qeyd edək ki, Böyük Britaniyanın müxtəlif şəhərlərində radikal sağçıların keçirdikləri aksiyalarda indiyədək 150-dən çox şəxs saxlanılıb.

 

İyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.