ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək prezident seçkisi üçün vitse-prezident postuna namizədini müəyyənləşdirib.
Bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Kamala Harris noyabrda keçiriləcək seçkilərdə Minnesota qubernatoru Tim Valsla birgə mübarizə aparacaq.
Onun yaxın saatlarda Filadelfiya mitinqində bu qərarı elan edəcəyi gözlənilir.
Qeyd edək ki, son günlərdə vitse-prezident postuna potensial namizədlər arasında üç nəfərin - Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli və Minnesota qubernatoru Tim Valsın adları çəkilirdi.