Avropa Liqası: “Qarabağ” “Malmö”yə də məğlub oldu
YENİLƏNİB


UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ” İsveçin “Malmö” klubu ilə üz-üzə gəlib.

 

Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb. Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb. 

 

“Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

 

**10:12


"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

 

Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 20:45-də başlayacaq.

 

Görüşü Anastasios Papapetrunun rəhbərliyi ilə Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzub. Klub turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.