
Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi feldmarşal Asim Münir Tehranda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüşüb.
Senzor.az İran dövlət televiziyasına istinadən bildirir ki, feldmarşal Asim Münir və Pakistan daxili işlər naziri Möhsin Nəqvi Vaşinqton və Tehran arasında vasitəçiliyi davam etdirmək üçün Tehrandadırlar.
Məlumata görə, İran rəsmiləri Tehranda Pakistan nümayəndə heyəti ilə İran-Amerika danışıqlarının gedişatını və ABŞ-ın təkliflərini ətraflı müzakirə etməyi planlaşdırırlar.
Xatırladaq ki, aprelin 11-də ABŞ və İran İslamabadda bir neçə raund danışıqlar aparıblar. Tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.