
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderlərinin aprelin 16-da danışıqlar aparacağını bildirib.
Senzor.az bildirir ki, bu barədə o, "Truth Social"da yazıb.
"İki ölkə liderinin sonuncu dəfə danışmasından uzun müddət keçib, daha dəqiq desək, 34 il. Bu, sabah (16 aprel-red.) baş verəcək. Əladır”, - deyə o qeyd edib.