ABŞ-İran danışıqlarının ikinci mərhələsi keçiriləcək

ABŞ və İran danışıqlarının ikinci mərhələsi keçiriləcək.

 

Bu barədə “Associated Press” öz mənbəyinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, tərəflər atəşkəsin gələn həftə bitməsindən əvvəl altı həftəlik müharibəyə son qoymaq məqsədilə yeni danışıqlar aparırlar.

 

Mənbə yeni danışıqlar mərhələsi ilə bağlı müzakirələrin hələ də davam etdiyini bildirib. Vasitəçi ölkələrdən birinin diplomatı isə Tehran və Vaşinqtonun buna razılıq verdiyini açıqlayıb.

 

Danışıqlarda eyni nümayəndə heyətinin iştirak edib-etməyəcəyi məlum deyil.

 

Adını açıqlamayan diplomat və ABŞ rəsmiləri bildiriblər ki, Pakistanın İslamabad şəhəri yenidən ev sahibi kimi müzakirə olunur. ABŞ rəsmiləri, həmçinin Cenevrə ehtimalının olduğunu və məkan və vaxtın müəyyən edilməməsinə baxmayaraq, danışıqların cümə axşamı baş tuta biləcəyini bildiriblər.

 

"The Express Tribune" nəşri isə Pakistanın müdafiə naziri Xavaca Asifə istinadən bildirib ki, İran və ABŞ arasında birbaşa dialoqun növbəti raundu "yaxın vaxtlarda" keçiriləcək, diplomatik təmasların nəticələri ümidvericidir.

 

"Son dərəcə müsbət dinamika qeydə alınır", - nəşr müdafiə idarəsi rəhbərinin sözlərini sitat gətirib. Asif qeyd edib ki, hazırkı diplomatik səylər "konstruktiv məcrada" inkişaf edir.

 

Xatırladaq ki, aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Vaşinqton və Tehran arasında uzun sürən danışıqlar razılaşma əldə olunmadan başa çatıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.