
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib.
Senzor.az bildirir ki, 1 298 ton dizel yanacağı yüklənmiş 22 vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətinə yola salınıb.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1 100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.