ABŞ Senatı İranla müharibənin dayandırılmasına dair qətnaməni 4-cü DƏFƏ RƏDD ETDİ

ABŞ Prezidenti Donald Trampın İranda müharibə aparmaq səlahiyyətini məhdudlaşdırmağı hədəfləyən qətnamə Senatda keçirilən səsvermə zamanı dördüncü dəfə rədd edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aprelin 15-də ABŞ senatorlarının əksəriyyəti Donald Trampın İrana qarşı hərbi kampaniyasını dəstəkləyərək, Konqres tərəfindən hərbi əməliyyatlara icazə verilənə qədər münaqişəyə son qoyulmasını hədəfləyən qətnaməyə qarşı səs verib.

 

Demokratlar partiyasının üzvləri tərəfindən təqdim edilən sənədin lehinə qırx yeddi senator, əleyhinə isə 52 senator səs verib.

 

Qətnamənin tərəfdarları iddia edirlər ki, Amerika lideri fevralın 28-də İsrailin tərəfində müharibəyə başlamaqla Konstitusiya səlahiyyətlərindən kənara çıxıb.

 

Lakin Ağ Ev və Konqresdəki demək olar ki, bütün respublikaçılar Trampın hərəkətlərinin qanuni olduğunu və baş komandan qismində məhdud hərbi əməliyyatlar əmri verməklə ABŞ-ı müdafiə etmək üzrə öz səlahiyyətlərinə uyğun addım atdığını iddia edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.