Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Zəngilanda olublar
FOTO

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasının iştirakçıları işğaldan azad edilmiş Zəngilan şəhərinə səfər edərək ərazidə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar.

 

Senzor.az bildirir ki, nümayəndə heyətinə şəhərin baş planı, yaşayış məntəqələrinin yenidən qurulması prosesi, eləcə də bölgədə həyata keçirilən infrastruktur layihələri barədə ətraflı məlumat təqdim olunub.

 

Vurğulanıb ki, Zəngilan şəhəri "Ağıllı şəhər" konsepsiyası əsasında yenidən qurulur və burada ekoloji davamlılıq, rəqəmsal həllər və müasir idarəetmə prinsipləri əsas prioritetlər kimi müəyyən edilib.

 

Səfər çərçivəsində qonaqlar Ağalı kəndində icra olunan “Ağıllı kənd” layihəsi ilə də yaxından tanış olublar. Qeyd olunub ki, layihə çərçivəsində müasir və innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya edilmiş 200 fərdi yaşayış evi, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib.

 

Nümayəndə heyəti kənd sakinləri ilə görüşüb, onların gündəlik yaşayışı ilə maraqlanıb və yerli sakinlərin hazırladığı milli şirniyyatlara qonaq olub.












Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.