Türkiyədə məktəblərdəki silahlı insidentlərdən sonra TƏHSİL OCAQLARINA POLİS NƏZARƏTİ GÜCLƏNDİRİLİB
VİDEO

Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə son iki gündə baş verən silahlı insidentlərdən sonra ölkənin təhsil müəssisələrində nəzarət gücləndirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər və Milli Təhsil nazirlikləri qərar qəbul edib.

 

Qərara əsasən, hər məktəbdə ən azı iki polis əməkdaşı xidmətə cəlb olunub.

 

Həmçinin dərs saatları ərzində müəllim və şagirdlərin təhlükəsizliyi üçün zərurət yarandıqda əlavə qüvvələrin də əraziyə cəlb ediləcəyi bildirilib.

 

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 10 nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Bütün bunlar təsadüfdürmü? Məktəblərdə təkcə polis nəzarətini gücləndirməklə hər şeyin düzələcəyini düşünmək olarmı?  








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.