
Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Pərişan Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Senzor.az-ın məlumatına görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə aprelin 11-də baş verib. Masazır qəsəbəsində P.Süleymanova və N.İsgəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirilib və onlar hadisə yerində ölüblər.