Tramp İtaliyanın Baş naziri haqda: “DÜŞÜNÜRDÜM Kİ, MELONİ CƏSARƏTLİDİR”
VİDEO

ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Ciorcia Melonini tənqid edərək, onun mövqeyinin Vaşinqtonun İranla münaqişədəki addımlarını kifayət qədər dəstəkləmədiyini bildirib.

 

ABŞ lideri bu barədə "Corriere della Sera"ya müsahibəsində danışıb.

 

"Sizin Baş nazirinizin neft əldə etməkdə bizə heç bir kömək göstərməməsi faktı italiyalıların xoşuna gəlirmi? Bu, insanların ürəyincədir? Mən bunu təsəvvür edə bilmirəm. O məni şoka salıb. Düşünürdüm ki, o cəsarətlidir, amma yanılmışam", - Tramp qeyd edib.

 

Onun sözlərinə görə, ölkənin enerji resurslarından asılılığına baxmayaraq, Meloni İtaliyanı Yaxın Şərqdəki vəziyyətə cəlb etmək istəmir: "O sadəcə deyir ki, İtaliya cəlb olunmaq istəmir. Baxmayaraq ki, İtaliya öz neftini oradan alır, baxmayaraq ki, ABŞ İtaliya üçün çox vacibdir. O hesab edir ki, İtaliya bu prosesə cəlb olunmamalıdır. O düşünür ki, bu işi onun əvəzinə ABŞ görməlidir".

 

Xatırladaq ki, Meloni Trampın Roma Papası XIV Leonun ünvanına səsləndirdiyi bəyanatları, Ağ Ev lideri isə İtaliya Baş nazirinin İranla bağlı mövqeyini qəbuledilməz adlandırıb: "Bu qəbuledilməzdir, çünki İranın nüvə silahının olub-olmaması onun vecinə deyil. İmkanı olsaydı, İran İtaliyanı iki dəqiqə ərzində partladardı".

 

ABŞ lideri əlavə edib ki, Meloni onun təsəvvür etdiyindən çox fərqlənir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.