Pezeşkian: Trampın təhdidləri bizə təsir etmir

“ABŞ-ın İrana qarşı təhdid və təzyiqləri təsirsizdir və vəziyyəti daha da ağırlaşdırır”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.

 

“Təhdidlərə, təzyiqə və hərbi əməliyyatlara əsaslanan yanaşma təsirsizdir və yalnız vəziyyəti çətinləşdirir, Amerikanın özü tərəfindən yaradılan problemləri daha da ağırlaşdırır”, - o qeyd edib.

 

Pezeşkian əlavə edib ki, Avropa ABŞ-ı İranla beynəlxalq normalar çərçivəsində danışıqlar aparmağa təşviq edə, bununla da böhranın həllində konstruktiv rol oynaya bilər: “Tehran İran xalqının hüquqlarını qorumaq üçün danışıqları yalnız beynəlxalq norma və qaydalar çərçivəsində davam etdirməyə hazırdır. Avropa ABŞ-ı bu normalara riayət etməyə təşviq etməkdə konstruktiv rol oynaya bilər”.

 

İran Prezidenti bildirib ki, ekspertlər səviyyəsində əldə edilən razılaşmalara baxmayaraq, ölkələr arasında razılaşmanın əldə edilməsinə mane olan məhz Donald Trampın tələblərinin çox və  həddindən artıq maksimalist olması, eləcə də ABŞ rəsmilərinin siyasi iradə göstərməmələri olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.