Perunun Azərbaycandakı səfirliyi niyə bağlanıb? – MƏSƏLƏYƏ “GÜİK” NƏŞRİ AYDINLIQ GƏTİRİR

"Azərbaycandan, onun narahat bölgəsi olan Qarabağdan təzəlikcə qayıtmışam. Azərbaycan çox gözəl ölkədir. Peru bu ölkədə öz səfirliyini 2017-ci ildə açıb. Amma təəssüf ki, oraya göndərilmiş diplomatımızın səriştəsizliyi, Peru Xarici İşlər Nazirliyinə verdiyi neqativ məlumatlar üzündən nümayəndəliyimiz “müddətli” olaraq qapadılıb".
 
Senzor.az
-ın məlumatına görə, perulu jurnalist Rikardo Sançez Serranın yerli “GÜİK” nəşrində dərc olunmuş məqaləsində belə deyilir.
 
WorldMedia.Az-ın ispan dilindən tərcümə etdiyi həmin yazıda daha sonra bildirilir: “Azərbaycan neft-qaz ölkəsidir. O, Qafqazda və türk dünyasında böyük nüfuza sahibdir. Bundan başqa, Bakı böyük həvəslə Qoşulmama Hərəkatına sədrlik edir. Peru səfirliyi ilə bağlı yaşananlar bilavasitə Azərbaycana göndərilmiş diplomatımızın, həmçinin onun davranışlarına cavabdeh olanların yanlış təhlillərinin nəticəsidir.
 
Sevindiricidir ki, Perunun yeni hökuməti bu anlaşılmazlığı aradan qaldırmağa çalışır, bu məqsədlə dəyərli geosiyasi təhlillər aparır.
 
Bu yerdə Peru Xarici İşlər Nazirliyinin Bakıda səfirliyin açılması zamanı yaydığı açıqlamanı xatırlatmaq yerinə düşər: “Azərbaycana maraq onun geostrateji mövqeyindən və karbohidrogenlərlə (neft və qaz) zənginliyindən, bütövlükdə statusundan irəli gəlir. Bu ölkə beynəlxalq enerji tranzitinin açarıdır. Bu amillər Azərbaycana siyasi sabitlik və iqtisadi artımla yanaşı, beynəlxalq nüfuz qazandırıb”.
 
Bizim mənbələrdən əldə etdiyimiz məlumata görə, Azərbycan Milli Məclisinin deputatı Sahib Əliyev tezliklə perulu həmkarı ilə görüşəcək, səfirlik məsələsini, həmçinin texnologiya sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu kimi məsələləri müzakirə edəcək. Bundan başqa, Azərbaycan XİN-in yüksək vəzifəli əməkdaşlarının Latın Amerikasına pandemiya səbəbindən təxirə salınmış səfərləri tezliklə bərpa olunacaq. Onlar bu beynəlxalq əməkdaşlıqda Perunun oynaya biləcəyi rolu anlayırlar.
 
Hər halda, yeni xarici işlər nazirimiz Oskar Maurtua de Romanyanın böyük təcrübəyə sahib peşəkar olduğunu bilirik. Əminik ki, bu problemlər tezliklə həllini tapacaq, Peru ilə Azərbaycan arasında yeni ümumi maraqlar ortaya çıxacaq”.

Senzor.az xatırladır ki, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Perunun ölkəmizdəki səfirliyinin bağlanması ilə bağlı hələ 2019-cu ilin 12 noyabrında açıqlama yaymışdı.
 
XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirmişdi ki, 
Perunun Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı qərar bu ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır: "Hər bir ölkə xaricdə diplomatik nümayəndəlik açmaq və yaxud bağlamaq qərarını verə bilər. Peru tərəfi Azərbaycandakı nümayəndəliyinin müvəqqəti bağlamaq qərarını verib. Bu qərar ölkənin daxili vəziyyəti və üzləşdiyi maliyyə məsələləri ilə əlaqədardır".
 
XİN rəsmisi onu da qeyd etmişdi ki, bununla yanaşı, Peru tərəfi iki ölkə arasındakı əlaqələrin istər siyasi, istərsə də iqtisadi sahədə bundan sonra da eyni şəkildə davam etdiriləcəyini bildirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.