Laçında erməni irsi haradan ortaya çıxıb?

Erməni tərəfi öz ənənələrinə sadiq qalaraq Laçında "mədəni irs" üzrə anma törəni   keçirib. 

 

Turan bildirir ki, söhbət şəhərdəki kilsədən, Qarabağ müharibəsi iştirakçılarının abidələrindən və digər "görməli yerlər"dən gedir.

 

Məlumatsız adam düşünə bilər ki, söhbət hansısa qədim və mübahisəli bir şeydən gedir. Halbuki, ermənilərin taleyinə ağladıqları kilsə işğaldan 6 il sonra, 1998-ci ildə Laçında inşa edilib. Sonrakı illərdə Laçında ermənilər özlərinin heç vaxt yaşamadığı Azərbaycan torpaqlarını işğal etmiş əsgərlərə həsr olunmuş yeni abidələr ucaldıblar.

 

Bütün bunlar ermənilərin mədəni irsidirmi?

 

Dünyada vahid “mədəni irs” anlayışı yoxdur, lakin keçmiş nəsillərin yaratdığı, nəsildən-nəslə ötürülən maddi və mənəvi mədəniyyət obyektlərinin dəyərli və hörmətli hesab olunması ümumqəbuledilmiş haldır. Bu obyektlər arxeoloji, elmi və ya bədii dəyərə malik olmalıdır.

 

İşğal illərində ermənilər işğal olunmuş digər ərazilərdəki  kimi, Laçında da yerli əhalinin mədəni irsi sayılan bir çox obyektləri məhv ediblər. Bunlar məscidlər, qəbiristanlıqlar, kitabxanalar, teatrlar, muzeylərdir. Bu obyektlərin eksponatlarının mütləq əksəriyyəti oğurlanıb və ya məhv edilib. Eyni zamanda bu torpaqlarda  ilk növbədə kilsələr şəklində “ermənilərin mədəni irsi” ortaya çıxıb. Məsələn, Cəbrayıl rayonunda Azərbaycanın bu bölgəsini ələ keçirmiş erməni əsgərlərin şərəfinə tikilmiş ibadət evini göstərmək olar.

 

Əslində bütün bunlar işğal dövrünün mirasıdır və ermənilər Azərbaycanın mədəni irsinə vurduqları ziyana görə uzun müddət cavab verməli olacaqlar. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.