II İlya dəfn olundu- Mərasimdə Azərbaycan rəsmiləri də iştirak ediblər - VİDEO

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Müqəddəs Üçlük Kafedralında Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın dəfn mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.

 

Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti, Parlamentin sədri, Baş nazir və “Gürcü Arzusu”nun Fəxri Sədri məbəddə toplaşanlara müraciət ediblər.

 

Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs Üçlük Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən bütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insan küçələrə axışaraq Patriarxa son ehtiramlarını ifadə ediblər.

 

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Baş nazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatı daxildirlər.


 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.