Tbilisidə Patriarx II İliya ilə vida mərasimi keçirilir
VİDEO/FOTO

Gürcüstanda bu gün Katolikos-Patriarx II İliya ilə son vida mərasimi keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, paytaxt Tbilisi və ölkənin müxtəlif bölgələrindən gələn yüz minlərlə insan səhər saatlarından mərkəzi küçələrə toplanıb.

 

Məlumata görə, şəhərin mərkəzində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. 

 

Qeyd edək ki, mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov da daxildirlər.

 

Məlumat üçün bildirək ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da daxil olmaqla 40-dan çox xarici nümayəndə heyəti Gürcüstana gəlsə də, bütün ermənilərin katolikosu II Qareginin Tbilisiyə gəlişinə icazə verilməyib.

 

Xatırladaq ki, mərasim Sameba kafedralında dindarların iştirakı olmadan, yalnız rəsmi şəxslər üçün keçirilir.



 










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.