İran bütün Fars körfəzini minalamaqla hədələdi - VİDEO

ABŞ sahildə və ya İran adalarında quru əməliyyatı keçirmək qərarına gələrsə, İran Fars körfəzindəki bütün dəniz yollarını minalayacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin Müdafiə Şurasının yaydığı bəyanatda belə deyilir.

 

"Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etməklə bağlı hər hansı cəhdi Fars körfəzində və sahil boyu bütün dəniz yollarının, eləcə də kommunikasiya xətlərinin müxtəlif növ dəniz minaları, o cümlədən sahildən quraşdırıla bilən üzən minalarla minalanmasına gətirib çıxaracaq", - bəyanatda bildirilib.

 

Müdafiə Şurasından qeyd edilib ki, İrana düşmən hesab edilməyən ölkələr Tehranla koordinasiya əsasında Hörmüz boğazından keçə biləcəklər.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün İrana 48 saat vaxt verib və enerji infrastrukturuna zərbələr endirməklə hədələyib. Tehran ultimatumu rədd edib və ABŞ-ın regiondakı obyektlərinə hücum etməyə hazır olduğunu bəyan edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.