Qətərdə helikopter qəzası: 7 nəfər həlak oldu - ARALARINDA 3 TÜRK DƏ VAR - VİDEO

Qətərdə hərbi helikopter qəzaya uğrayıb, nəticədə 7 nəfər həlak olub.

 

“Al Jazeera” xəbər verir ki, hadisə bu gün səhər saatlarında planlı uçuş zamanı baş verib.

 

Qətər Müdafiə Nazirliyinin “X” platformasında yaydığı rəsmi məlumatda bildirilir ki, helikopter texniki nasazlıq nəticəsində idarəetməni itirərək dənizə düşüb. Göyərtədə ümumilikdə yeddi nəfərin olduğu bildirilir.

 

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Qətərdə baş verən helikopter qəzası ilə bağlı xəbəri təsdiqləyib.

 

Məlumata görə, Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter martın 21-i axşam saatlarında texniki nasazlıq səbəbindən dənizə düşüb. Faciəvi qəza nəticəsində ümumilikdə 7 nəfər həlak olub.

 

Nazirliyin məlumatına görə, şəhid olanların biri Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu, ikisi ASELSAN şirkətinin texniki əməkdaşı, dördü isə Qətər Silahlı Qüvvələrinin əməkdaşıdır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.